Renat qol vura bilmədi, "Hatayspor" Rizedə uduzdu

7 Yanvar 01:20 Bizimkilər 896
Renat qol vura bilmədi, "Hatayspor" Rizedə uduzdu

Türkiyə Super Liqasında 19-cu turun görüşləri davam edir.

Sportinfo.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Rizespor"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 71-ci dəqiqədə meydana daxil olub.

19 turdan sonra 19 xal toplayan "Hatayspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti