“Mən titul qazandığım və buna sevindiyim üçün üzr istəməyəcəm"

29 May 18:40 Almaniya 417
“Mən titul qazandığım və buna sevindiyim üçün üzr istəməyəcəm"

“Bayern”in hücumçusu Tomas Müller Almaniya Bundesliqasında çempion olmağa görə hisslərini dilə gətirib.

Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçu “tvitter” hesabındakı paylaşımında çempionluq sevincinə görə üzr istəməyəcəyini bildirib.

O, Bundesliqada qalib gələ bilməyən rəqiblərinə görə təəssüfləndiyini də qeyd edib:

“Mən titul qazandığım və buna sevindiyim üçün üzr istəməyəcəm. Başqalarını – rəqiblərimizi düşünəndə onlara yazığım gəlir.

Əslində, mən çox sentimental görünmək istəmirəm, amma başa düşürəm ki, onlar üçün çox çətindir”.

“Bayern” ardıcıl 11-ci dəfə Almaniya çempionu olub. Bu mövsüm “Borussiya” (Dortmund) ilə çempionluq intriqası münhenlilərin titul qazana bildiyi son tura qədər davam edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu