COP29

Qarabağ qazisi Azərbaycan çempionatında qol vurdu - VİDEO

25 Noyabr 2023 18:00 II Divizion 863
Qarabağ qazisi Azərbaycan çempionatında qol vurdu - VİDEO

II Liqada 12-ci turun görüşləri keçirilir.

Çempionatın lideri olan “Bakı Sportinq” Binədə “Qusar”ı qəbul edib.

Liderlər qrupunu yaxından maraqlandıran matçda ilk 2 qolu qonaqlar vurub. Qusarın eyniadlı təmsilçisinin heyətində hesabı Qarabağ qazisi Eşqin Tağıyev açıb.

Emin Əliyev 20-ci dəqiqədə cərimə meydançası daxilindən gözəl vuruşla fərqi artırıb.

Gözlənilənlərin əksinə, “Bakı Sportinq” ruhdan düşməyib. Elman Sultanovun çalışdırdığı komanda 4 dəqiqə içində hesabı bərabərləşdirib.

Elməddin Hüseynzadə gözəl qurulmuş hücumu baxımlı qolla tamamlayıb. Məhəmməd Xəlilov isə müdafiəçidən sıyrılaraq, qapının uzaq küncünü nişan alıb.

Hər iki tərəfin cəhdlərinə rəğmən, uzun müddət toru silkələmək mümkün olmayıb. Vaxtilə Premyer Liqada AZAL-ın formasını geyinmiş Röyal Nəcəfov 88-ci dəqiqədə səhnəyə çıxıb.

Hücumçu “Qusar”ın qapıçısı Ağaseyid Qasımovun qaytardığı topu 1 metr məsafədən “çərçivə”yə göndərib.

Beləcə, “Bakı Sportinq” xallarının sayını 31-ə çatdırıb və liderlik qoltuğunda qalıb. “Qusar” isə mövsüm ərzində aldığı üçüncü məğlubiyyətlə turnir cədvəlinin 5-ci pilləsində qalıb.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 40 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Asiman Əzizli
Dördüncü hakim: Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Şahmar Sədiyev, 36 (qeyri-idman hərəkəti); Emin Əliyev, 54 (qeyri-idman hərəkəti); Viqar Əlibabayev, 56 (qeyri-idman hərəkəti); Firudin Ağalarov, 80 (qeyri-idman hərəkəti); Aslan Hüseynov, 90+1 (hakimin qərarına etiraz)
Qollar: Elməddin Hüseynzadə, 22; Məhəmməd Xəlilov, 26; Röyal Nəcəfov, 89 // Eşqin Tağıyev, 6; Emin Əliyev, 20
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
7. Məhəmməd Xəlilov
17. Hüseyn Əliyev
(8. Aqşin Paşayev, 59)
32. Elməddin Hüseynzadə
(10. Elgün Abbaslı, 90+2)
44. Vüqar Rəhimov
5. Rəvan Kərimov
14. Emil Həsənzadə
(28. Ülvi Quliyev, 59)
Ehtiyat oyunçular:

22. Vaqif Şirinbəyov
4. Elşad Manafov
3. Taleh Babayev
6. Ağası Babayev
2. Ramil Rüstəmov
16. Emin Hüseynzadə
99. Hakan Həsənov
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

Qusar”

22. Ağaseyid Qasımov
77. Ruslan Poladov
15. Firudin Ağalarov (k)
2. Emin Əliyev
16. Aslan Hüseynov
57. Eşqin Tağıyev
20. Pərviz Qaraxanov
(7. Nicat Muxtarov, 62)
17. Şahmar Sədiyev
(29. Akşin Qurbanlı, 46)
13. Viqar Əlibabayev
5. Elnur Dəmirli
(18. İlham Yarəliyev, 62)
6. Kazbək Qafarov
Ehtiyat oyunçular:
1. Əli Həsənli
38. Təmkin Xəlilzadə
10. Təyyar Məmmədov
26. Mirmehdi Rzayev
Baş məşqçi: Emin Əmiraslanov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"