COP29

"Bu komanda ev oyunlarını Xankəndidə keçirsə, əla olar"

24 Noyabr 2023 14:40 I Divizion 2 264
"Bu komanda ev oyunlarını Xankəndidə keçirsə, əla olar"

«Çox yaxşı olardı ki, bu komanda ev oyunlarını Xankəndidə keçirsin».

Bu sözlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin qonağı olan İ.Vaqifoğlu «Difai» ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

O deyib ki, ictimaiyyət I Liqada mübarizə aparan Qarabağ qazilərinin klubunun Xankəndinə köçürülməsi ideyasını dəstəkləyir:

«Mən bu konteksdə tez-tez rəylər eşidirəm. Hamı istəyir ki, «Difai» o şəhəri təmsil etsin.

Bu, çox gözəl ideyadır və gerçəkləşsə, çox sevinərəm. İctimai rəy bundan ibarətdir ki, Qarabağ qazilərini təmsil edən klub ora köçməyə daha çox haqq edir.

midvaram ki, müvafiq dövlət qurumları və AFFA məsləni diqqətdə saxlayacaq. Hər halda “Difai” adının tarixi əhəmiyyəti var.

Vətən Müharibəsində iştirak etmiş, qazi olmuş bir neçə futbolçu hazırda bu klubun formasını geyinir. Həmçinin “Difai”nin rəhbərliyində və texniki heyətində qazilər fəaliyyət göstərməkdədir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"