PFL-dən Diviziona reaksiya: "Orada bir neçə adam olub" - VİDEO

13 Mart 2020 17:38 I Divizion 923
PFL-dən Diviziona reaksiya: "Orada bir neçə adam olub" - VİDEO

Dünən I Divizionda 19-cu tura start verilib.

"Turan Tovuz" Şəmkirdə "Keşlə-2"ni 90+2-ci dəqiqədə Səbail Bağırovun vurduğu yeganə qola 1:0 məğlub edib.

Olimpiya Kompleksinin stadionunda keçirilən qarşılaşmanı xeyli fanat izləyib. Halbuki Peşəkar Futbol Liqası koronavirus təhlükəsinə görə Premyer Liqa ilə yanaşı, I Divizion oyunlarının da tamaşaçısız təşkilinə dair qərar çıxarıb.

Qurumun prezidenti Ramin Musayevin əmrindən, görünür, AFFA nümayəndəsi Maşallah Əhmədovun xəbəri olmayıb. Yoxsa o, arenaya gələn azarkeşlərin matçı izləməsinə icazə verməzdi.

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev Sportinfo.az-a açıqlamasında buna münasibət bildirib:

"Yazılanlardan xəbərimiz var, araşdırma aparmışıq. Bütün oyunları olduğu kimi, bu oyunu da bizim operatorlar çəkib.

Yarışların Keçirilməsi Departamentinin rəisi Elgiz Abbasova da bu barədə məlumat vermişəm.

Stadionda 100 nəfərin olmasına dair hal aşkarlanmayıb. Bir neçə adam olub orada. Onlar da klubların öz nümayəndələridir».

“Turan Tovuz” – “Keşlə-2” 1:0

Qol: Səbayıl Bağırov, 90+1

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?