Ölkə çempionatında möhkəm “Şimal“ küləyi əsir

17:40 I Divizion 51
Ölkə çempionatında möhkəm “Şimal“ küləyi əsir

“Şima“ 2023-cü ilin iyulunda Xaçmazda təsis olunub. Klubun qısa müddətdə əldə etdiyi nəticələr diqqətəlayiqdir:

2023/24 - AFFA Region Liqasının məğlubiyyətsiz çempionu.

2024/25 - II Liqanın bürünc mükafatçısı.

2024/25 - UEFA Region Kubokunda Azərbaycanı təmsil edib.

Növbəti mərhələ - I Liqada mübarizə.

Cəmi iki mövsüm ərzində Region Liqasından I Liqaya yüksəlmək klubun idman nəticələrinin təsadüfi olmadığını göstərir. Daha vacib məqam isə komandanın yerli futbolçulara verdiyi üstünlükdür.

Bu, region təmsilçisi üçün əhəmiyyətli strategiyadır: yerli istedadı tapmaq, ona inkişaf mühiti yaratmaq və daha yüksək səviyyəli futbola hazırlamaq.

“Şimal“ haqqında ən diqqətçəkən faktlardan biri klubun yerli futbolçulara münasibətidir.

2025-ci ildə kapitan Tural Cəlilov komanda heyətinin təxminən 70 faizinin Xaçmaz və ətraf rayonlardan olan futbolçulardan təşkil edildiyini bildirib.

Həmin dövrdə legionerləri olmayıb. Komanda əlavə olaraq altı yerli oyunçu ilə güclənib. Bu, regional futbol üçün vacib nümunədir.

“Şimal“ın məqsədi yalnız transfer bazarından hazır futbolçular toplamaq deyil. Klub onlara peşəkar səviyyədə oynamaq, təcrübə qazanmaq və özlərini göstərmək imkanı verir.

Tural Cəlilov - Xaçmaz futbolunun yetirməsi, Azərbaycan millisinin sabiq müdafiəçisi. Karyerası boyunca “Simurq“, “Rəvan“, “Xəzər Lənkəran“, “Kəpəz“ və “Şahdağ“ kimi klublarda çıxış edib.

Pirverdi Seyidov - Xaçmaz futbol məktəbinin yetirməsi, “Şimal“ın heyətində Region Liqasından I Liqaya qədər yüksəlmiş gənc futbolçu.
Cavad Hacıyev - Əvvəllər həvəskar səviyyədə futbol oynamış qubalı müdafiəçi.

Niyazi Osmanov - 2006-cı il təvəllüdlü hücumçu, “Şimal“dan Azərbaycan U-21 millisinə dəvət almış perspektivli cavan.

Niyazi Osmanovun nümunəsi xüsusilə maraqlıdır. O, Oman U-23 millisinə qarşı U-21-in 2:1 hesablı qələbəsində iştirak edib, hər iki qolu vurub.

Bununla belə, dəqiqləşdirmək lazımdır ki, Niyazi “Şimal”ın akademiyasının yetirməsi deyil: o, ”Sabah”da yetişib, ”Şimal”da isə böyük futbol təcrübəsi qazanır.

Bu nümunə” Şimal”ın başqa bir funksiyasını göstərir: gənc futbolçular üçün inkişaf və böyük futbola keçid platforması olmaq.

Tofiq Nəsibov - ”Turan Tovuz”

”Şimal”da çıxış etmiş Tofiq Nəsibov qış transfer pəncərəsində Premyer Liqanın təmsilçisi ”Turan Tovuz”a keçib. Bu transfer ”Şimal”ın futbolçular üçün daha yüksək səviyyəyə keçid platforması rolunu göstərən nümunələrdən biridir

Yvan Senin - ”İmişli”
”Şimal”ın digər diqqətçəkən transfer nümunəsi lot-d’İvuardı Yvan Senindir. 19 yaşlı afrikalı yarımmüdafiəçi 2026-cı ilin iyul ayında ”İmişli” ilə 2+1 illik müqavilə imzalayıb. Onun əvvəlki klubu ”Şimal” olub.

Bu keçid xüsusilə əhəmiyyətlidir. Çünki söhbət yalnız yerli futbolçunun deyil, ”Şimal”da çıxış etdikdən sonra Premyer Liqaya yüksələn legionerin nümunəsindən gedir.

2026/2027-ci il mövsümündə üç klubun heyət yaşının müqayisəsi maraqlı mənzərə ortaya qoyur.

”Şahdağ Qusar” - 23,3 yaş

”Şimal” - 24,8 yaş

”Səbail” - 26 yaş

Bu göstəricilərə əsasən, ”Şahdağ Qusar” ən gənc heyətə malik klubdur. ”Şimal” ikinci, ”Səbail” isə üçüncü yerdə qərarlaşıb.

”Şimal” ilə ”Səbail” arasında orta yaş fərqi 1,2 il təşkil edir. Bu göstərici ”Şimal”ın daha gənc futbolçulara üstünlük verdiyini göstərir.

”Şimal”ın əsas üstünlüyü yalnız gənc heyət formalaşdırmaq deyil, futbolçuların inkişafına, oyun praktikasına və daha yüksək səviyyəli klublara keçidinə şərait yaratmaqdır.

Orta yaş göstəricisi klubun inkişaf modelini qiymətləndirmək üçün vacib meyarlardan biridir. Bununla yanaşı, futbolçuların yaş qrupları, meydanda keçirdikləri dəqiqələr və milli komandalara keçidləri də nəzərə alınmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti