AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

09:40 I Divizion 172
AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

I Liqada çətin günlər yaşayan «Səbail» bir-birinin ardınca sarsıdıcı zərbələr almaqdadır.

Bu dəfə AFFA sabiq «dənizçilər»ə sərt üzünü göstərib.

Federasiya onlara maliyyə yardımını dayandırıb. Aşağı liqanın digər iştirakçılarından fərqli olaraq, «Səbail»in oktyabr üzrə dotasiyasını kəsib. Bu addımın da haqlı səbəbi var - klubun başında əyləşənlər qabaqlarına çıxanları aldadır.

Səbəbkar? Əlbəttə ki, Mirzə Bayrampur.

Prezident postunu tutan bu zat öz öhdəliklərini yerinə yetirmir. O, bağladığı müqavilə şərtlərini həyata keçirmir. Nəticədə «Səbail» böyük miqdarda borclanıb.

Şikayətçilərin bir qismi AFFA-nın qapısını döyüb, problem barədə məlumatlandırıb. Təcili araşdırma aparan qurum bu narazılığın haqlı ollmasını aşkarlayıb və «Səbail»ə ayırdığı aylıq 30 min manatın ödənişini dayandırıb.

AFFA həmçinin müəyyənləşdirib ki, klub rəhbərliyi ötən aylar üzrə aldığı pulu istiqamətləri üzrə xərcləməyib. Həmin vəsaiti nağlaşdıraraq, başqa sahələrə yönəldiblər. Aidiyyatlı şəxslərdən bunun hesabatı istənilib.

Yeri gəlmişkən, Mirzə Bayrampurun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bu, futboldakı fəaliyyəti ilə bağlı deyil. Problem Bayrampura aidiyyatlı şirkətlərdən birindən qaynaqlanır.

Kənd təsərrüfatı sektoru üzrə ixtisaslaşan şirkətin iri miqdarda borcu yarandığından, ona «stop» tətbiq edilib.

Həmin borc kifayət qədər böyükdür və uzun müddətdir ödənilmədiyindən, müvafiq dövlət qurumunun şikayəti əsasında belə qərar çıxarılıb.

Əldə etdiyimiz növbəti xəbər də düşündürücüdür. Redaksiyamıza məlum olub ki, M.Bayrampurun öz adına dövlət qeydiyyatına aldırdığı “Lincoln” markalı, 90 AZ 086 seriyalı avtomobilin üzərinə həbs qoyulub.

Klub prezidenti ona məxsus digər maşını isə etibarnamə ilə Bahar adlı xanımın istifadəsinə verib.

Ümumiyyətlə, bu, Mirzə Bayrampurun adının keçdiyi ilk qalmaqallı hadisə deyil. Xoşagəlməz olaylar hazırda «Səbail»in özündə də davam edir.

Otel, qida, geyim və s sahələr üzrə öhdəliklər yerinə yetirilməyib. Üstəlik, Bakıda icarəyə götürülən klub ofisinin qapısına qıfıl vurulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 16:50 Çək və bizə göndər!