İyunda satışa çıxarılan və yeni sahiblərinin əlinə keçən «Səbail»in növbəti ünvanı bəlli olub.
Sabiq «dənizçilər» I Liqada ev oyunlarını Qubada keçirəcək.
Bayıldan ayrılan komanda gündəlik məşqlərini paytaxtda keçirəcək və yalnız oyundan 1 gün öncə şimal bölgəsinə yollanacaq. Bu mərhələdə kollektivin orada məskunlaşması planlaşdırılmayıb.
Tezliklə «Səbail» adını «Quba» ilə əvəzləməyi düşünən başbilənlər vəziyyətdən müvəqqəti çıxış yolu axtarır. Quba Olimpiya Kompleksinin stadionunun drinaj sistemi olmadığından,
Elnur Abdullayevin drujinası sözügedən rayonda çox qalmayacaq. Yağışlar düşəndən bir qədər sonra komanda təkrar Bakıya dönəcək.
Başqa sözlə, «Səbail» hələ bir müddət yollarda qalacaq - gah ora, gah bura.
Adıçəkilən klubun təsisçiliyi 300 min manat qarşılığında satılıb. İndi onun gerçəyi SOCAR-da çalışan vəzifəli şəxslir.
Həmin fiqur böyük maddi imkanlara sahibdir. Qubada bir neçə şirkət qurub və məqsədi futbol vasitəsilə özünü geniş ictimaiyyətə tanıtmaq və müsğət reputasiya qazanmaqdır.
Odur ki, «Səbail»ə böyük maliyyə vəsaiti ayırıb və tələbi Premyer Liqaya vəsiqə qazanmaqdır.
SPORTİNFOAZ
