İcra Hakimiyyətinin başçısı rayonu təmsil etmək istəyən klubun elçiləri ilə danışdı

02:40 I Divizion 96
İcra Hakimiyyətinin başçısı rayonu təmsil etmək istəyən klubun elçiləri ilə danışdı

Futbolun İnkişaf Fondunun icraçı direktoru və “Səbail”in İdarə Heyətinin üzvləri Quba rayonuna səfər edib,

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilə görüşüblər.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Fondun icraçı direktoru Tural Piriyev “Səbail” PFK-nın İH-nin üzvləri Amin Məmmədov, Mirzə Bayrampur və Ağa Orucovu təqdim etdikdən sonra klub haqqında ümumi məlumat təqdim edərək, klubun Quba rayonunu təmsil etmək planları barədə məlumat verib.

Daha sonra İH üzvləri klubun gələcək planları barədə başçıya məlumat verib, kluba göstərilə biləcək mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İcra Hakimiyyətinin başçısı edilən təklifləri müsbət qarşılayıb və öz tərəflərindən lazımi dəstəyin göstəriləcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!