II Liqada mübarizə aparan “Qaradağ Lökbatan”a yeni rəhbər təyin olunub.
Tərlan Abdullayev klubun başına gətirilib.
İdman direktoruna aid bütün səlahiyyətlər ona verilib.
Tərlan Abdullayevə qədər bu vəzifəni tutmuş Bəbir Məmmədov klubun himayədarlarının istəyi ilə buradan uzaqlaşdırılıb.
B.Məmmədov 4 il idi ki, qəsəbə təmsilçisində fəaliyyət göstərirdi. Sözügedən vəzifədə Tahir Mustafayevi əvəzləyən funksioner bundan sonra başqa sahədə çalışacaq.
Bəbir Məmmədov “Neftçi“ İdman Klubunun İdarə Heyətinin sədrinin mərhum müşaviri Sadıq Sadıqovun yaxın qohumudur. Beş il “Neftçi“PFK-nın prezidenti olmuş şəxs 2 ay öncə intihar edib.
SPORTİNFO.AZ
