Premyer Liqaya gələn kluba qiymətli məsləhət - Onlara qapını tam bağlamayın!

20:40 I Divizion 228
Premyer Liqaya gələn kluba qiymətli məsləhət - Onlara qapını tam bağlamayın!

Premyer Liqa təmsilçilərinin xüsusilə legioner limitinin ləğvindən sonra heyətini bütünlüklə əcnəbilərdən qurmasına sərt reaksiya verənlərdənəm.

Bəzi hallarda hətta gəlmələr yerlidən zəif və ya bərabər səviyyədə olsa da əsas heyətdə yenə yer alır. Mənim üçün qəbuledilməz haldır.

Premyer Liqaya gəlməyin astanasında olan “Şəfa”nın bu baxımdan yola ancaq yerli oyunçularla davam etmək qərarı verməsi məni sevindirməyə bilməz.

Amma bu da bir qədər riskli qərardır.

Unutmaq olmaz ki, bu gün ciddi yaxşı yerli oyunçu qıtlığı var. 20-22 nəfəri bir araya gətirmək hətta Birinci Liqa klubu üçün asan deyil.

Digər tərəfdən hər sahədə, hər işdə qızıl ortanı tutmaq daha faydalı hesab olunur.

Bakı təmsilçisi qapılarını tamamilə əcnəbilərə bağlamalı deyil.

Daxili qərarla müəyyən limit qoymaqla gəlmələrə də meydan verməlidir.

Məsələn, məşqçilər korpusuna maksimum 6 legionerin alınması barədə icazə verilə bilər.

Və məhdud sayda gələcək gəlmələr isə maksimum səviyyəli olmalı, davamlı meydanda olmaqla digər yerli oyunçular üçün səviyyəsi, peşəkarlığı ilə yaxşı təcrübə rolunu oynamalıdır.

Qalır seleksiya işini 100 ölçüb, 1 biçmək.

Belədə həm hədəfə çatmaq daha rahat olar, həm də yerli oyunçuların inkişafına veriləcək dəstək daha effektiv olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti