Bu gün I Liqada 21-ci tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçiriləcək.
Turu mərkəzi görüşü Binə qəsəbə stadionunda olacaq. Burada lider "Şəfa" 3-cü yerdəki "Səbail"i qəbul edəcək.
Turnir cədvəlinin son pilləsində yer alan "Şimal" Şamaxıda "Mingəçevir"lə üz-üzə gələcəksə, "Şahdağ" Buzovnada "Difai"nin qonağı olacaq.
“Şəfa” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Mirnihat Seyidov, Asif Abdullayev, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Binə qəsəbə stadionu, 15:00
“Şimal” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Ceyhun Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı OİK stadionu, 15:30
“Difai” – “Şahdağ Qusar”
Hakimlər: Pərviz İbrahimov, Zakir Şükürzadə, İlkin Mustafayev, Nahid Xasıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Buzovna qəsəbə stadionu, 15:30

