Premyer Liqa üstündə dava - Qonaqlar udsa, həngamə başlayacaq!

14:20 I Divizion 121
Premyer Liqa üstündə dava - Qonaqlar udsa, həngamə başlayacaq!

I Liqanın mərkəzi qarşılaşması bu dəfə Binədə keçiriləcək.

Ötən mövsüm elitanı tərk edən və yenidən yüksək dəstəyə qayıtmağı arzulayan “Səbail” turnir cədvəlinin hazırkı lideri “Şəfa”nın qonağı olacaq.

Hələ mövsümün əvvəlində I Liqanın çempionluğu uğrunda əsas mübarizənin bu iki komanda arasında gedəcəyi şübhə doğurmurdu. Başlanğıcda təxminlər özünü doğrultsa da, sonradan daha iki kollektiv – “Baku Sportinq”lə “Mingəçevir” də elita həvəsini ortaya qoydu.

“Şəfa”nın ötən həftə Mingəçevir səfərində eyniadlı komandaya biabırçı hesabla məğlub olması (2:5) düşərgədə istər-istəməz müəyyən təlaşa səbəb olub. Əsas rəqiblərdən birinə uduzmaq və növbəti turda “Səbail”lə üz-üzə gəlmək.

Əvəzində, “Səbail” “Baku Sportinq”i 1:0 hesabı ilə udmaqla Premyer Liqa arzusunu davam etdirməkdədir.

20 turdan aktivində 45 xal olan “Şəfa” 1-ci, 37 xal yığan “Səbail” 3-cüdür. Bu, o deməkdir ki, lider bu matçı qələbə ilə başa vuracağı halda böyük ehtimalla Premyer Liqaya vəsiqə tapşırığının öhdəsindən gələcək.

Çünki belədə 2-ci yerdəki “Baku Sportinq”lə fərq 8-ə, “Səbail”lə 11-ə yüksələcək. Yox, matçı “dənizçilər” qazansa, əsl həngamə bundan sonra başlayacaq.

“Şəfa” ilə “Səbail” (2-ci pillədəki “Baku Sportinq” 40 xala sahibdir) arasındakı xal fərqinin 5-ə enməsi çempionluq uğrunda mübarizəni xeyli qızışdıracaq.

Yeri gəlmişkən, “Şəfa” ilə “Səbail” arasında cari mövsümdə baş tutan iki oyunun heç birində qalib müəyyənləşməyib – 2:2, 0:0.

Binə qəsəbə stadionunda keçiriləcək görüşün start fiti saat 15:00-da çalınacaq.

HƏBİB / NPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti