Premyer Liqa klubları razılıq verdi - İcarəyə göndərəcəklər

4 İyul 2025 15:00 I Divizion 4 008
Premyer Liqa klubları razılıq verdi - İcarəyə göndərəcəklər

«Difai»də yay israhətinin nə vaxt başa çatacağı dəqiqləşib.

«Fədailər» I Liqada üçüncü mövsümün hazırlıqlarına iyulun 14-də start verəcək.

Qarabağ qazilərinin təmsilçisi həmin gün «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazasında bir araya gələcək.

Bu, Araz Bağırovun yeni iş yerində ilk iş günü olacaq. Üçillik müqavilə imzalayan «Kəpəz»in sabiq məşqçisi artıq seleksiyaya başlayıb.

Hazırda Premyer Liqada çıxış edən bir neçə klubla anlaşma əldə olunub - onlar öz futbolçularını «Difai»yə icarəyə verəcək.

Həmçinin U-19 və U-21 yığmalarının iki-üç oyunçusu növbəti mövsümdən «fədailər»in formasını geyinməyə razılıq verib.

Ötən iki sezonda liqada qalmağı bacaran komandada iyunda ciddi islahatlar aparılıb. 20-yə yaxın futbolçu düşərgədən yola salınıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA