Qurban Qurbanov bu komandaya hər ay görün nə qədər pul verir!

14 Oktyabr 2024 15:00 I Divizion 13 240
Qurban Qurbanov bu komandaya hər ay görün nə qədər pul verir!

I Liqada 10-cu mövsümünü keçirən «Zaqat»la" cari «futbol ili»nə yaxşı başlayıb.

Əyalət təmsilçisi ilk dörd turda 9 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Liderlər qrupunda yer alan «yaşıllar» «Karvan» və «Qəbələ» ilə bərabər hələlik məğlubiyyət üzü görməyən 3 iştirakçıdan biridir.

«Zaqatala»nın bu uğurlu çıxışında, heç şübhəsiz, Qurban Qurbanovun da xüsusi rolu var.

«Qarabağ»ın baş məşqçisi doğulduğu rayonun eyniadlı təmsilçisinə maliyyə dəstəyi göstərir. O, şəxsi büdcəsindən komandaya hər ay 1000 dollar ayırır.

Zaqatalada iş adamları, imkanlı şəxslər çoxdur. Gəl ki, onlardan yalnız 8-9 nəfər Qurbanovla bərabər kluba hər ay müəyyən məbləğ ianə edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM