COP29

Premyer Liqanın qoxusu adamları cuşa gətirdi - VİDEO

18 May 20:20 I Divizion 714
Premyer Liqanın qoxusu adamları cuşa gətirdi - VİDEO

Növbəti mövsümdə Premyer Liqada iştirak edəcək komandanın adına böyük ölçüdə aydınlıq gəldi.

Lökbatanda baş tutan “Qaradağ Lökbatan”la “Şamaxı” arasında baş tutan qarşılaşmada bölgə təmsilçisi parlaq qələbə sayəsində (3:2) turnir cədvəlinin ilk pilləsinə yüksəldi.

Əliyar Ağayevin final fitindən sonra “Şamaxı”nın məşqçi, futbolçu, inzibati heyətinin, eləcə də Şamaxıdan Bakıya gələn azarkeşlərin sevincini görməyə dəyərdi.

Lökbatan Olimpiya İdman Kompleksinin yaşıl meydanında bir vur çatlasın vardı ki, gəl görəsən.

Bir illik fasilədən sonra elitaya qayıtmaq yolunda ciddi addım atan şamaxılılar stadionda əsl bayram ab-havası yaratmışdı.

Sonuncu turda “Şamaxı” öz meydanında autsayder “Araz Saatlı”nı qəbul edəcək, “Qaradağ Lökbatan” “Mingəçevir”lə səfərdə üz-üzə gələcək.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"