TAPŞIRIQ VERDİ: “Hazırlaşın, gələn mövsüm Premyer Liqada mübarizə aparacağıq”

24 Yanvar 2023 22:20 I Divizion 2 033
TAPŞIRIQ VERDİ: “Hazırlaşın, gələn mövsüm Premyer Liqada mübarizə aparacağıq”

Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov “Araz Naxçıvan”la bağlı toplantı keçirib.

Yığıncaqda komandanın I Divizionun ilk dövrəsindəki çıxışı geniş müzakirə olunub.

Mövsümün birinci yarısını lider başa vuran komandanın nəticələri müsbət qiymətləndirilib.

Naxçıvam Ali Məclisinin sabiq sədri vasif Talıbova yaxınlığı ilə bilinən iş adamı “Araz Naxçıvan”ın idarəçiləri və məşqçilərindən çempionluq tələb edib.

O. eyni zamanda, “hazırlaşın, gələn mövsüm Premyer Liqada mübarizə aparacağıq” tapşırığı verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti