"Bu gün-sabah daha bir neçə futbolçu ilə yollarımızı ayıracağıq"

13 Yanvar 2023 15:00 I Divizion 1 313
"Bu gün-sabah daha bir neçə futbolçu ilə yollarımızı ayıracağıq"

«İki nəfər düşərgəni tərk edib və ola bilsin ki, daha bir neçə futbolçu ilə yollarımızı ayırdıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz Naxçıvan»ın baş məşqçisi Azər Bağırov deyib.

I Divizionda mövsümün ilk yarısını lider bitirən muxtar bölgə təmsilçisinin çalışdırıcısı Nəbi Məmmədovun «İmişli»yə, Elvin Dəmirovun Polşaya yollandığını bmldirib:

«Nəbinin atası yaxınlarda dünyasını dəyişib. Anası evdə tək qaldığı üçün bizdən xahiş etdi ki, doğma rayona qayıtmasına icazə verək. Dedi ki, mən bundan sonra anamın yanında olmalıyam və «İmişli»də oynamağa davam edəcəm.

Elvinə isə Polşadan təklif gəlib. O, əvvəllər də bu ölkənin aşağı liqasında oynayıb. Polşaya qayıtmaq istədiyini istədi, biz də getməsinə etiraz eləmədik.

Qarşıdakı günlərdə gedənlərin sayı artacaq. Bəzi futbolçular var ki, onların taleyinə bu gün-sabah aydınlıq gələcək.

Təbii ki, yeni gələnlər də olacaq. «Qəbələ»dən Süleyman Damadayevlə «Şamaxı»dan Mirəli Əhmədovu istəmişik. Mümkün olsa, daha bir-iki nəfəri də komandaya götürəcəm».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!