Vasif Talıbov vəzifədən getdi, indi "Araz Naxçıvan"ı nə gözləyir? – YENİ GƏLİŞMƏ

9 Yanvar 2023 17:00 I Divizion 1 229
Vasif Talıbov vəzifədən getdi, indi "Araz Naxçıvan"ı nə gözləyir? – YENİ GƏLİŞMƏ

«Araz Naxçıvan» I Divizionda ikinci dövrənin hazırlıqlarına başlayıb.

Mövsümün ilk yarısını turnir cədvəlinin zirvəsində bitirən muxtar bölgə təmsilçisi yeni ildə də uğurlu çıxışının davamını gətirmək iddiasındadır.

Hər halda yerli federasiyanın və «Araz Naxçıvan»ın birinci şəxsi Vüqar Abbasov belə bir vəd verib. O, idarəçilərlə görüşdə klubun gələcək fəaliyyəti ilə bağlı nikbin danışıb.

Vasif Talıbovun Ali Məclisin sədri postundan uzaqlaşdırılmasından sonra «Araz Naxçıvan»ı tərk edəcəyi yönündə xəbərlər yayılan V.Abbasov buradakı işindən ayrılmayacağını deyib.

«Cahan Holdinq»in rəhbəri bildirib ki, «Araz Naxçıvan»la bağlı böyük projeləri var və o, bunu zamanla həyata keçirəcək.

Nədir o layihələr? Əlbəttə, istərdik ki, bu barədə hər şeyi Vüqar Abbasovun öz dilindən eşidək. Onunla əlaqə saxlamağa dəfələrlə cəhd göstərsək də, təəssüf ki, zənglərə cavab vermədi.

Ümid edirik ki, hörmətli zat bir gün bizim də suallarımızı cavablandırmağa vaxt tapacaq…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti