"Araz Naxçıvan" döndü: Məşq, ev, iclas, sonra…

7 Yanvar 2023 14:00 I Divizion 1 057
"Araz Naxçıvan" döndü: Məşq, ev, iclas, sonra…

I Divizionda ilk dövrəni lider bitirən «Araz Naxçıvan»da qış fasiləsi bu gün başa çatıb.

İstirahət müddətini tamamlayan muxtar bölgə təmsilçisi doğma məkanda hazırlıqlarını bərpa edəcək.

Təlim-məşq toplanışının ilkin mərhələsinin Naxçıvanda təşkil olunacağı dəqiqdir.

Daha sonra komandanın Bakıya, yoxsa Antalyaya üz tutacağı isə hələ dəqiqləşməyib.

Bu, klub rəhbərliyi ilə keçiriləcək iclasda netlik qazanacaq. Həmin toplantı isə yaxın 2-3 gün ərzində olmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti