Premyer Liqaya yol göründü, buranın fəaliyyətini bərpa elədilər

4 Yanvar 2023 23:20 I Divizion 1 544
Premyer Liqaya yol göründü, buranın fəaliyyətini bərpa elədilər

«Zaqatala»nın akademiyası öz fəaliyyətini bərpa edib.

Bu barədə Sportinfo.az-a klubun prezidenti Musa Qurbanov məlumat verib.

Onun bildirdiyinə görə, aşağı yaş qrupları üzrə komandalar yenidən formalaşdırılıb:

«Sizə məlumdur ki, azyaşlılarımız builki ölkə çempionatında iştirak eləyə bilmir. Bu, sırf büdcənin azalmasıyla əlaqədardır.

Əvvəl demək olar bütün yaş qruplarında komandalarımız var idi, onlar tez-tez səfərlərə yollanır, yaxşı nəticələr qazanırdılar.

Kluba ayrılan ümumi vəsait azalandan sonra məcbur olub çempionatlarda çıxışımızı dayandırdıq. Çünki məşqçilərə, yola, ərzağa maaş vermək lazım idi.

Sonra məşqçilər bir yerə yığışdı, qərar verdilər ki, yenidən komandaları yığsınlar, məşqlərə başlasınlar. Biz bu gün də onlara əməkhaqqı verə bilmirik, ancaq əlimizdən nə gəlirsə, o səviyyədə köməklik göstəririk.

Məşqlərin bərpası uşaqların futbolsuz qalmaması məqsədi daşıyır. Ümidimiz var ki, gələn mövsüm Premyer Liqada çıxış edəcəyik.

AFFA-nın lisenziyalaşdırma proqramının meyarlarını yerinə yetirməyə hazırlıq görürük. Tələblərdən irəli gələn sənədləri toplamağa başlamışıq.

Axsadığımız yeganə yer maliyyə təminatıdır, sponsor dəstəyidir. Qalan bütün şərtləri qarşılamaq gücündəyik».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!