AFFA yeni yaranan klubun başçısını niyə vəzifədən götürüb?

1 Yanvar 2023 17:40 I Divizion 988
AFFA yeni yaranan klubun başçısını niyə vəzifədən götürüb?

Xəbər verdiyimiz kimi, I Divizionda mübarizə aparan “Mingəçevir”də rəhbər dəyişikliyi olub.

Klubun İdarə Heyətinin sədri Rövşən Əhmədov tutduğu postdan kənarlaşdırılıb.

Buna səbəb AFFA-nın apardığı yoxlamasıdır. Belə ki. federasiya tərəfindən maliyyələşən “işıqlar şəhəri“nin təmsilçisinin fəaliyyətində nöqsanlar aşkarlanıb.

Demə, qurumun ayırdığı vəsaitin heç də hamısı “Mingəçevir”ə çatmayıb…

Sabiq Premyer Liqa hakimini bu vəzifədə son bir neçə ildə “Energetik”in prezidenti olmuş Ruslan Həmidov əvəzləyib. Yeni rəhbər klub və komanda üzvlərinə təqdim olunub.

Maraq üçün bildirək ki, Rövşən Əhmədova qədər “Mingəçevir”də iki dəfə baş məşqçi istefası reallaşıb.

Çempionatın əvvəlində baş məşqçi təyin olunan Azər Həşimov öz istəyi ilə işindən ayrılmış, onu Samir Məmmədov əvəzləmişdi.

Bir neçə gün öncə isə Məmmədovun yerinə Şəhruz Mustafayev təyin olunub.

“Mingəçevir” Birinci Divizionda keçirdiyi 14 oyunda 13 xal toplamaqla fasiləyə 15 komanda arasında 13-cü pillədə yollanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti