Azərbaycanda bu komandanı yeni baş məşqçiyə tapşırdılar

31 Dekabr 2022 11:40 I Divizion 979
Azərbaycanda bu komandanı yeni baş məşqçiyə tapşırdılar

MOİK-in yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

I Divizionda mübarizə aparan «hərbiçilər» Qəzənfər Abbasovun ixtiyarına verilib.

Sumqayıtlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Musa Rəhimov və Elxan Əhmədov ona köməkçi təyin edilib.

Şəhriyar Məmmədov bugünlərdə ordu komandasının sükanı arxasından uzaqlaşdırılıb. Mövsümün əvvəlində görəvə gələn naxçıvanlı mütəxəssisin hansı səbəbdən düşərgəndən kənarlaşdırılması açıqlanmır.

MOİK 14 turdan sonra 21 xal toplayıb. 6 qələbə, 3 heç-heçə və 6 məğlubiyyəti olan kollektiv turnir cədvəlinin 6-cı pilləsində yer alıb.

Qəzənfər Abbasov son olaraq Quba «Şahdağ»ında çalışıb.

1 ildən çox işsiz qalan baş məşqçi «Uğur»dakı uğurlu fəaliyyəti ilə tanınır. O, Sumqayıt təmsilçisini Region Liqasının ikiqat qalibi edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"