Müdafiə Nazirliyinin komandası bu şəxsdən alındı

30 Dekabr 2022 14:40 I Divizion 946
Müdafiə Nazirliyinin komandası bu şəxsdən alındı

MOİK-də baş məşqçi dəyişikliyi olub.

Şəhriyar Məmmədov I Divizionda mübarizə aparan ordu komandasının sükanı arxasından uzaqlaşdırılıb.

Mövsümün əvvəlində görəvə gələn naxçıvanlı mütəxəssisin hansı səbəbdən «hərbiçilər»in düşərgəsindən kənarlaşdırılması açıqlanmır.

MOİK 14 turdan sonra 21 xal toplayıb. 6 qələbə, 3 heç-heçə və 6 məğlubiyyəti olan kollektiv turnir cədvəlinin 6-cı pilləsində yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti