Azərbaycan klubunda rəhbər dəyişikliyi - Tanınmış şəxs vəzifədən kənarlaşdırıldı

23 Dekabr 2022 21:00 I Divizion 929
Azərbaycan klubunda rəhbər dəyişikliyi -  Tanınmış şəxs vəzifədən kənarlaşdırıldı

Birinci Divizionda mübarizə aparan “Mingəçevir”də rəhbər dəyişikliyi olub.

Klubun İdarə Heyətinin sədri Rövşən Əhmədov tutduğu postdan kənarlaşdırılıb. Lakin istefanın səbəbi haqda məlumat verilmir.

Sabiq Premyer Liqa hakimini bu vəzifədə son bir neçə ildə “Energetik”in prezidenti olmuş Ruslan Həmidov əvəzləyib. Yeni rəhbər klub və komanda üzvlərinə təqdim olunub.

Maraq üçün bildirək ki, Rövşən Əhmədova qədər “Mingəçevir”də iki dəfə baş məşqçi istefası reallaşmışdı.

Çempionatın əvvəlində baş məşqçi təyin olunan Azər Həşimov öz istəyi ilə işindən ayrılmış, onu Samir Məmmədov əvəzləmişdi. Bir neçə gün öncə isə Məmmədovun yerinə Şəhruz Mustafayev təyin olunub.

“Mingəçevir” Birinci Divizionda keçirdiyi 14 oyunda 13 xal toplamaqla fasiləyə 15 komanda arasında 13-cü pillədə yollanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti