UEFA-dan məktub gəldi, AFFA araşdırmaya başladı – Divizionda "OYUN ALVERİ"

20 Dekabr 2022 22:40 I Divizion 1 217
UEFA-dan məktub gəldi, AFFA araşdırmaya başladı – Divizionda "OYUN ALVERİ"

I Divizionda ilk dövrəyə yekun vurulub.

32 xal toplayan «Araz Naxçıvan» ili qış çempion olaraq başa vurub.

«Turan Tovuz» və «Neftçi»nin əvəzedici komandaları 28 xalla ikinci-üçüncü sıraları bölüşdürür.

AFFA birincilikdə fasilə elan olunar-olunmaz təhqiqata başlayıb. Sportinfo.az-ın federasiyadan əldə etdiyi məlumata görə, UEFA-dan quruma danışılmış oyunlarla bağlı yeni məktub daxil olub.

Avropa futbol qurumunun Bakıya göndərdiyi məktubda 10-a yaxın oyunun nəticəsinin şübhə doğurduğu vurğulanır

Təhqiqat buna əsasən aparılır. Bildirilir ki, AFFA problemili mövzunun araşdırılmasında hüquq-mühafizə orqanlarından kömək istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”