"Neftçi"nin bu oyunu İNSİDENTƏ SƏBƏB OLDU - VİDEO

13 Dekabr 2022 02:20 I Divizion 229
"Neftçi"nin bu oyunu İNSİDENTƏ SƏBƏB OLDU - VİDEO

I Divizionda XIV turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, turnir cədvəlinin lideri "Araz Naxçıvan" ən yaxın izləyicisi olan "Neftçi-2"ni qəbul edib.

Görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Hesab erkən açılıb. Həzrət İsayev 5-ci dəqiqədə qonaqların qapısına yol tapıb. Bakılılardan Vüsal Əsgərov 2 dəqniqə sonra bərabərlik qolunu vurub.

Muxtar Respublika təmsilçisindən Orxan Əliyev 45-ci dəqiqədə penaltidən fərqlənib. 72-ci dəqiqədə isə Bayraməli Qurbanov son nöqtəni qoyub.

1000 azarkeşin izlədiyi qarşılaşmanın baş həkim Vüqar Həsənli güzəştsiz idarəçiliklə yadda qalıb. O, futbolçu və rəsmi şəxslərə 14 sarı, 6 qırmızı vərəqə çıxarıb.

Bu da Azərbaycan futbolu tarixində nadir göstəricidir. Referi 58-ci dəqiqədə «Neftçi-2»nin baş məşqçisi Rəşad Abdullayevə qırmızı vərəqə verib.

Onların ünvanına təhqiredici ifadə işlətdiyi üçün. Abdullayevi Ülvü Mədətovun meydandan kənarlaşdırılması bu həddə çatdırıb.

Belə ki, futbolçununun təhqiredici söz və ya hərəkət üzündən cəzalandırılmasına etiraz edən çalışdırıcı əsəblərinə hakim ola bilməyib və «ədalət təmsilçiləri»ni söyüb.

Növbəti qırmızı vərəqələr isə oyunun son dəqiqələrində və ondan sonra yaşanan hadisələrlə bağlıdır.

«Araz Naxçıvan»dan Emil Bayramov (90+5) və Vüsal Şabanov (oyundan sonra (təhqiredici söz və ya hərəkət), qonaqlardan da Bahadur Quliyevlə (90+6) Hüseyn Babayev (oyundan sonra) cəzalandırılıb.

"Araz Naxçıvan" - "Neftçi-2" - 3:1
Qollar:
Həzrət İsayev, 5. Orxan Əliyev, 45 (pen.), Bayraməli Qurbanov, 72 – Vüsal Əsgərov, 7

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"