Azərbaycan futbolunda görünməmiş hadisə: İnsident, təhqir, 6 "qırmızı"… FOTOLAR

12 Dekabr 2022 11:00 I Divizion 1 017
Azərbaycan futbolunda görünməmiş hadisə: İnsident, təhqir, 6 "qırmızı"… FOTOLAR

I Divizionda 14-cü turun oyunları yekunlaşıb.

Turun mərkəzi görüşündə “Araz Naxçıvan” “Neftçi-2″ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1. Hesab erkən açılıb.

Həzrət İsayev 5-ci dəqiqədə qonaqların qapısına yol tapıb. Bakılılardan Vüsal Əsgərov 2 dəqniqə sonra bərabərlik qolunu vurub.

Muxtar Respublika təmsilçisindən Orxan Əliyev 45-ci dəqiqədə penaltidən fərqlənib. 72-ci dəqiqədə isə Bayraməli Qurbanov son nöqtəni qoyub.

1000 azarkeşin izlədiyi qarşılaşmanın baş həkim Vüqar Həsənli güzəştsiz idarəçiliklə yadda qalıb. O, futbolçu və rəsmi şəxslərə 14 sarı, 6 qırmızı vərəqə çıxarıb.

Bu da Azərbaycan futbolu tarixində nadir göstəricidir. Referi 58-ci dəqiqədə «Neftçi-2»nin baş məşqçisi Rəşad Abdullayevə qırmızı vərəqə verib.

Onların ünvanına təhqiredici ifadə işlətdiyi üçün. Abdullayevi Ülvü Mədətovun meydandan kənarlaşdırılması bu həddə çatdırıb.

Belə ki, futbolçununun təhqiredici söz və ya hərəkət üzündən cəzalandırılmasına etiraz edən çalışdırıcı əsəblərinə hakim ola bilməyib və «ədalət təmsilçiləri»ni söyüb.

Növbəti qırmızı vərəqələr isə oyunun son dəqiqələrində və ondan sonra yaşanan hadisələrlə bağlıdır.

«Araz Naxçıvan»dan Emil Bayramov (90+5) və Vüsal Şabanov (oyundan sonra (təhqiredici söz və ya hərəkət), qonaqlardan da Bahadur Quliyevlə (90+6) Hüseyn Babayev (oyundan sonra) cəzalandırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti