Üç klub Premyer Liqada iştirakdan imtina etdi – SON DƏQİQƏ

11 Dekabr 2022 14:40 I Divizion 2 042
Üç klub Premyer Liqada iştirakdan imtina etdi – SON DƏQİQƏ

Cari mövsüm I Divizionda mübarizə aparan 3 klub Premyer Liqada çıxış etmək iddiasında deyil.

Bu barədə AFFA-dan Sportinfo.az-a məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, «İmişli», MOİK və «Zaqatala» Lisenziyalaşdırma Qrupunun tələblərini yerinə yetirməyib.

Onlar elitada yarışmaq üçün müəyyənləşdirilən meyarların icrasına vaxt ayırmayıb. Aşağı dəstə təmsilçiləri maliyyə və kadr-inzibati kimi məsələlərin həllində problem yaşadıqlarını əsas gətirib.

Halbuki AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov yaxınlarda verdiyi açıqlamada iddia etmişdi ki, I Divizionundakı bütün klublar növbəti mövsüm Premyer Liqada iştirak üçün müraciət edib.

O, "Araz Naxçıvan", "Zaqatala", "Mingəçevir", "Qaradağ Lökbatan", MOİK və "İmişli"dən çempionatda iştirak məqsədi ilə ərizə aldıqlarını bildirib: "Sənədlərin toplanma prosesinin necə gedəcəyini zaman göstərəcək".

Məmmədov 2023-cü ilin yanvarından aprelədək müxtəlif meyarlarla bağlı son tarixlərin olduğunu xatırladıb.

Ötən mövsüm I Divizionda yarışan komandalardan "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqada iştirakına lisenziya verilib.

Digər Xəbərlər
Xəbər Lenti