“Klubun fəaliyyətində heç bir problem yoxdur, hər şey əvvəlkitək öz qaydasındadır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Araz Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev deyib.
“Araz Naxçıvan”la bağlı son günlər mətbuatda yayılmış xəbərlərə münasibət bildirən funksioner klubun iddiasını daha da artacağını bildirib:
“Sponsorlar “Araz Naxçıvan”a yüksək səviyyədə dəstək verir. Kimlərinsa haradasa nəsə danışması bizi maraqlandırmır.
Burada hər kəs öz üzərinə düşən işi görür. Klubun gündəlik fəaliyyəti federasiyamızın prezidenti Vüqar Abbasovun nəzarəti altındadır.
Ona gündəlik hesabat təqdim olunur. Vüqar müəllim nə tapşırıq verirsə, onlar da yerinə yetirilir.
Komandanın qış fasiləsində zəifləməsi? Heç bir futbolçu Naxçıvanı tərk etməyəcək. Əksinə, heyəti daha da gücləndirəcəyik.
Yaxınlarda toplantı keçiriləcək, orada klubun yaxın gələcəkdə görəcəyi bütün işlər müzakirə olunacaq. Rəhbərlik futbolçular qarşısında göğtürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirib və yetirir.
Hansısa problemin yaranmas gözlənilmir. Baş məşqçi Azər Bağırova dəstək böyükdür və bu, belə də davam edəcək.
Ona inanırıq və əminik ki, “Araz Naxçıvan” mövsümü yüksək səviyyədə başa vuracaq. Narahatlığa heş bir əsas görmürük”.