“Yalnız bunun hesabına nəsə edə bilərik” – Divizionun KAPİTANI

23 Noyabr 17:00 I Divizion 432
“Yalnız bunun hesabına nəsə edə bilərik” – Divizionun KAPİTANI

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sabah” bu gün doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edəcək.

Cari mövsümdə Premyer Liqada “Qarabağ”ı qarabaqara izləyərək təəccübləndirməkdə davam edən “tələbələr” üçün Birinci Divizionun ortababını məğlub etmək çətin görünməməlidir.

Lakin bu cür oyunlarda bəzən sürpriz nəticələr qeydə alınır. Güclü komanda özündən zəifi qiymətləndirmir və yekunda bunun acısını çəkir.

Maraqlıdır, “Qaradağ Lökbatan” bu oyunda nəyə ümid edir? “Sabah” səddinin keçiləcəyinə ümid varmı? Komandanın məqsədi layiqli futbol nümayiş etdirməkdir, yoxsa qalib gələrək növbəti mərhələyə yüksəlmək?

Lökbatan təmsilçisinin kapitanı Nodar Məmmədov Sportinfo.az-a açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

“Sabah” büdcəsinə və futbolçuların fərdi keyfiyyətinə görə Premyer Liqada seçilən 2-3 komandadan biridir. Bizi olduqca çətin oyun gözləyir. Buna baxmayaraq, matça ciddi yanaşırıq.

Bu cür rəqibə qarşı ancaq əzmkarlıq hesabına nəsə edə bilərik. Bacardığımızı ortaya qoyacağıq.

Yekunda necə olacağını sonda görəcəyik. Layiqli mübarizə aparmaq, yoxsa nəticə qazanmaq? Məqsədimiz layiqli mübarizə aparmaqdır”.

“Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Qaradağ Lökbatan” oyunu saat 17:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar