"Araz-Naxçıvan" istəyir ki, Premyer Liqada klub sayı artsın

25 Sentyabr 2022 21:00 I Divizion 1 071
"Araz-Naxçıvan" istəyir ki, Premyer Liqada klub sayı artsın

«Özümüz Divizionda oynasaq və işləsək də, Premyer Liqanı yaxından izləyirik.

Düşünmürəm ki, komanda sayı artdıqdan sonra keyfiyyət bir qədər azalıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın baş məşqçisi Azər Bağırov deyib.

Muxtar Respublika təmsilçisini çalışdıran gənc mütəxəssis bildirib ki, elitada iştirakçı sayı artdıqdan sonra çempionata maraq xeyli çoxalıb:

"Oyun keyfiyyətinin aşağı düşdüyünü deməzdim. Sadəcə, komandalar arasında səviyyə fərqi var ki, bu da bütün çempionatlara xal olan nüansdır.

İştirakçı sayı çoxaldıqca, çempionata maraq da çoxalacaq. Çox istərdim ki, bu, ənənə halını alsın və gələcəkdə Premyer Liqada komanda sayı daha da artsın».

Digər Xəbərlər
Xəbər Lenti