Zubir Azərbaycan klubunu tərk etdi – “Dedi, perspektiv görmürəm”

21 Sentyabr 2022 17:00 I Divizion 2 696
Zubir Azərbaycan klubunu tərk etdi – “Dedi, perspektiv görmürəm”

Ötən mövsümün ikinci yarısını "Zaqatala"da keçirən Tarek Zubirin yeni mövsümdə də bölgə klubunda olacağı bildirilirdi.

Hətta mövsüm öncəsi əcnəbi oyunçu klubun toplanışına qatılmaq üçün Zaqatalaya gəlmişdi.

Amma sonradan nə oldusa, Tarek yoxa çıxdı. Divizionun arxada qalan 4 turunda da gözə dəyməyən yarımmüdafiəçi ilə bağlı komandanın baş məşqçisi Rüstəm Məmmədovdan xəbər aldıq.

Gənc mütəxəssis sabiq yetirməsi ilə bağlı bunları dedi:

"Bəli, Tarek bizimlə yeni mövsümdə bir yerdə olmalıydı. O, çempionatın startına az qalmış düşərgəmizə də gəlmişdi.

Təxminən 10 gün burada oldu. Amma birdən nə oldusa, getmək qərarı verdi. Belə əsaslandırdı ki, Fransada biznes qurmaq fürsəti yaranıb və onu dəyərləndirmək istəyir.

Dedi ki, artıq 27 yaşım var., böyük futbolda böyük perespektiv görmürəm, yenidən futzala qayıtmaq istəyirəm. Biz də onun fikilərin normal qəbul edib sağollaşdıq".

Tarek Zubirin "Qarabağ"da çıxış edən Abdullah Zubirin qardaşı olduğunu bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!