"Premyer Liqadan təklif gəlsə belə, "Araz Naxçıvan"dan gedən deyiləm"

21 Sentyabr 2022 11:00 I Divizion 1 202
"Premyer Liqadan təklif gəlsə belə, "Araz Naxçıvan"dan gedən deyiləm"

«Buradan ayrılmaq planlarımda deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz Naxçıvan»ın baş məşqçisi Azər Bağırov deyib.

Cari ilin fevralından Muxtar Respublika klubunda çalışan mütəxəssis Premyer Liqadan təklif gəlsə belə, iş yerini dəyişməyəcəyini bildirib.

Sitat: «Naxçıvanda xoşbəxtəm. Hər şey mənim üçün idealdır. Rəhbərlikdən, azarkeşlərdən, futbolçulardan, şəraitdən, bir sözlə, hər şeydən razıyım.

Son günlər adım «Sumqayıt»la hallanır. Oradan mənimlə əlaqə saxlayan olmayıb. Düzü, təəccübləndim».

Digər Xəbərlər
Xəbər Lenti