"AFFA Divizion klublarına ayrılan maliyyəni artıra bilmir"

19 Sentyabr 2022 15:00 I Divizion 402
"AFFA Divizion klublarına ayrılan maliyyəni artıra bilmir"

«Bu mövsüm akademiyanı yaşatmaqla bağlı problemlə üzləşmişik və onun həlli elə də asan görünmür».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

I Divizionda mübarizə aparan əyalət təmsilçisinin aşağı yaş qrupları üzrə komandaları ölkə çempionatında çıxışını dayandırıb.

Buna səbəb AFFA-nın kluba ayırdığı büdcəni azaltmasıdır. Federasiyanın yardım paketini 200 min manatadək aşağı çəkməsi səbəbindən, I Divizion təmsilçisi belə bir qərar qəbul etməli olub.

Nəticədə 5 yaş qrupu üzrə komandalar bütün turnirlərdəki çıxışını «dondurub».

2015-ci ilin iyulunda yaradılan «Zaqatala»nın birinci şəxsi yeni yaranmış problemlə əlaqədar həm AFFA-ya, həm də rayonun rəsmi çevrələrinə məlumat verdiklərini bildirib:

«Federasiya Divizionda çıxış edən klublara ayrılan maliyyəni artıra bilmir. Hər halda bizə belə deyirlər. Bu məbləğ keçənilkindən də aşağıdır.

Halbuki biz gözləyirdik ki, vəsait əvvəlkindən çox olacaq. Gündəlik həyatda qiymətlərin artmasını görürük. Belə bir vəziyyətdə əvvəlkindən də az məbləğlə klubu yaşatmaq olduqca çətindir.

Bu pulla yalnız əsas komandanın müəyyən xərclərini ödəmək mümkündür. Stadion və bazanın icarə haqqını ödəmək, uşaq futboluna dəstək vermək qeyri-mümkündür.

Yerli dövlət qurumlarına müraciət etmişik, komandaların saxlanılması üçün kömək istəmişik. Deyiblər, gözləyin, görək neyləmək olar. Hələ də xəbər gözləyirik».

Digər Xəbərlər
Xəbər Lenti