Divizion klubları cərimələndi

18 Sentyabr 2022 02:40 I Divizion 372
Divizion klubları cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

1-ci divizionun 4-cü turunun “İmişli” – “Mingəçevir” oyununda “Mingəçevir” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

“İmişli” klubunun futbolçusu Həmzə Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

4-cü turun “Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

​4-cü turun “Zaqatala” – “Səbail” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!