"Bu pulu ödəməyə klubumuzun imkanı çatmır"

15 Sentyabr 2022 14:40 I Divizion 716
"Bu pulu ödəməyə klubumuzun imkanı çatmır"

«Bu pulu ödəməyə klubumuzun imkanı çatmır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

I Divizion klubu Gənclər və İdman Nazirliyinə (GİN) rəsmi müraciət edib və üzləşdiyi problemlə bağlı köməklik istəyib.

Əyalət təmsilçisi nazirliyin balansında olan Zaqatala Olimpiya İdman Kompleksinin stadionunun onlara pulsuz icarəyə verilməsini xahiş eləyib.

«Zaqatala» tərəfi 2014-ci ildən buradan yararlanır. Bunun müqabilində hər il kompleksə 50 min manat ödənilib. Həmin vəsait AFFA tərəfindən ayrılırdı. Federasiya artıq bu ildən həmin məbləğin ödənilməsini dayandırıb.

Belədə maliyyə çətinliyi ilə üzləşən klub vəziyyətdən çıxış yolunu GİN-dən dəstək istəməkdə görüb.

M.Qurbanov: «Ümid edirik ki, nazirlik müraciətimizə anlayış göstərəcək və balansında olan stadionu pulsuz icarəyə götürməyimizə icazə verəcək.

Onlar da bilir ki, büdcəmizdə vəsait yoxdur. Vəziyyətdən çıxmaq üçün başqa yolumuz qalmayıb.

İndiyədək çox yerdə sponsor axtarmışıq, heç kim kluba köməklik göstərmək istəməyib».

Digər Xəbərlər
Xəbər Lenti