Təmkin Xəlilzadə Divizionda da özünü göstərə bilmir - NƏTİCƏLƏR+FOTOLAR

15 Sentyabr 2022 00:50 I Divizion 1 120
Təmkin Xəlilzadə Divizionda da özünü göstərə bilmir - NƏTİCƏLƏR+FOTOLAR

I Divizionda 4-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın əvəzediciləri “Qaradağ Lökbatan”la oyunda inamlı qələbəyə sevinibr.

“Şamaxı”nın ikinci komandası isə MOİK-lə görüşdən heç-heçə ilə ayrılıb.

9 qolun vurulduğu “Zaqatala”nın “Səbail-2” ilə oyununda meydan sahibləri qələbə qazanıb.

“Araz Naxçıvan” bu dəfə səfərdə “Kəpəz”in ikinci komandasına qalib gəlib. “Mingəçevir” isə “İmişli”ni 6 cavabsız qolla üstələyib.

“Zirə” ilə “Turan Tovuz”un əvəzediciləri arasındakı matçda da birincilər qələbəyə sevinib. “Qartallar“ın heyətində əsas komandadan uzaqlaşdırılmış İlkin Muradov kapitan sarğısı daşıyıb və qolla fərqlənib.

İntizamsılığa görə Rəşad Sadıqovun qəzəbinə tuş gəlmiş Təmkin Xəlilzadə isə ikinci hissənin əvvəlində Tamerlan Burcəliyevi əvəzləyib, gəl ki, final fitinədək meydanda qala bilməyib.

Baş məşqçi Azər Məmmədov 85-ci dəqiqədə onun əvəzinə Elmar Rəhimovu oyuna alıb.

"Qarabağ-2" – "Qaradağ Lökbatan" 2:0
Qol: Elvin Nəsibov, 74; 84.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
Binə qəsəbə stadionu, 16:00

"Şamaxı-2" – MOİK 1:1
Qol: Sadiq Hüseynli, 87 – Samir Məmmədzadə, 90+4.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu, 16:00

"Zaqatala" – "Səbail-2" 5:4
Qol: Emin Quliyev, 3; 16; 29. Elnur İbragimov, 58. Cəlal Cəbrayılov, 89 – Balamirzə Soltanov, 9; 54. Taleh Qarayev, 10. Zeynəddin Abdurahmanov, 86.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00

"Kəpəz-2" – "Araz Naxçıvan" 1:2
Qol: Nihat Fərəci, 14 – Fərid Kərimzadə, 21. De Saboa İv Lüsyen, 64.
Hakimlər: Tural Qurbanov, Asif Abdullayev, Zakir Şükürzadə, Əkbər Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
Gəncə şəhər stadionu, (azarkeşsiz)16:00

"İmişli" – "Mingəçevir" 0:6
Qol: Ruslan Voronsov, 18; 45+2. Cavid Məmmədli, 20; 47. Tural Məmmədzadə, 33; 64.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30

"Zirə-2" – "Turan Tovuz"-2 2:1
Qol: İlkin Muradov, 54. Samir Ağayev, 62 – Famil Camalov, 90+3-pen.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
“ASK Arena”, 19:30

19 sentyabr

"Sumqayıt-2" – "Qəbələ-2"
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
Sumqayıt şəhər stadionu, 16:00

I Divizion

N Klublar O Q H M T-F X
1 Araz Naxçıvan 4 4 0 0 15-2 12
2 Turan Tovuz-2 4 3 0 1 8-3 9
3 MOİK 4 2 2 0 6-3 8
4 Qarabağ-2 4 2 1 1 7-5 7
5 Mingəçevir 4 2 0 2 11-7 6
6 Qəbələ-2 3 2 0 1 5-3 6
7 Neftçi-2 3 2 0 1 6-6 6
8 Zaqatala 4 2 0 2 8-12 6
9 Zirə-2 3 1 1 1 4-4 4
10 Şamaxı-2 4 1 1 2 4-9 4
11 Səbail-2 3 1 0 2 7-8 3
12 Qaradağ Lökbatan 4 1 0 3 5-6 3
13 Sumqayıt-2 2 1 0 1 1-3 3
14 Kəpəz-2 4 0 1 3 4-8 1
15 İmişli 4 0 0 4 2-14 0

BOMBARDİRLƏR:

Fərid Kərimzadə ("Araz Naxçıvan") - 4 qol
Ruslan Voronsov ("Mingəçevir") - 4 qol

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı