AFFA Divizion klublarına ayrılan yardım paketini artırmaqdan imtina etdi

7 Sentyabr 2022 11:20 I Divizion 827
AFFA Divizion klublarına ayrılan yardım paketini artırmaqdan imtina etdi

AFFA I Divizion klublarının müraciətini müzakirəyə çıxarıb.

Söhbət onlara ayrılan 200 min manatlıq yardım paketinin məbləğinin artırılması ilə bağlı xahişdan gedir.

Federasiyadan gələn cavab aşağı dəstə təmsilçilərinin gözlədiyi kimi olmayıb - qurum vəsaiti artırmayıb.

AFFA yeni maliyyə qaynaqları tapmadığını bildirərək, komanda rəhbərlərini məyus edib. Federasiya yalnız Naxçıvana səfər xərclərini öz üzərinə götürüb.

«Araz»la oyunlar üçün Muxtar Respublikaya yollanan kollektivlərin bilet, otel və qida məsrəfi AFFA tərəfindən qarşılanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti