“Turan Tovuz“ və “Araz“ Divizionda rəqib tanımır

7 Sentyabr 2022 00:50 I Divizion 1 543
“Turan Tovuz“ və “Araz“ Divizionda rəqib tanımır

I Divizionda 3-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, “Turan Tovuz“ və “Araz Naxçıvan“ ardıcıl üçüncü qələbəni qazanıb.

“Turan“ Tovuzda “Sumqayıt-2“yə 3, “Araz“ Naxçıvanda “Şamaxı-2“yə 5 cavabsız qol vurub.

“Qəbələ-2” ev oyununda “Kəpəz-2” ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib.

Erkən qol vuran Famil Xəlilovun yetirmələri üç xal qazanıb. Qələbə qoluna 12-ci dəqiqədə fərqlənən Tolqar Yaqubov imza atıb.

Beləliklə, “Qəbələ-2” xal hesabını 6-ya çatdırıb. “Qırmızı-qaralar” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

"Turan Tovuz-2" - "Sumqayıt-2" - 3:0

Qollar: Ayxan Quseynov, 11 (p), 59, 76

"Araz Naxçıvan" - "Şamaxı-2" - 5:0

Qollar: Xəyal Tomarov, 21, 60, Orxan Əliyev, 36, Fərid Kərimzadə, 74, Bayraməli Qurbanov, 51

"Qəbələ-2" - "Kəpəz-2" - 1:0

Qol: Tolqar Yaqubov, 12

N Klublar O Q H M T-F X
1 Araz Naxçıvan 3 3 0 0 13-1 9
2 Turan Tovuz-2 3 3 0 0 7-1 9
3 Qəbələ-2 3 2 0 1 5-3 6
4 MOİK 2 1 1 0 2-0 4
5 Mingəçevir 2 1 0 1 5-3 3
6 Səbail-2 1 1 0 0 1-0 3
7 Neftçi-2 2 1 0 1 3-4 3
8 Zaqatala 2 1 0 1 2-3 3
9 Sumqayıt-2 2 1 0 1 1-3 3
10 Şamaxı-2 3 1 0 2 3-8 3
11 Zirə-2 2 0 1 1 2-3 1
12 Kəpəz-2 3 0 1 2 3-6 1
13 Qarabağ-2 2 0 1 1 1-5 1
14 Qaradağ Lökbatan 2 0 0 2 0-3 0
15 İmişli 2 0 0 2 0-5 0

BOMBARDİRLƏR:

Sahil Həsənov ("Mingəçevir") - 3 qol
Ayxan Quseynov ("Turan Tovuz-2") - 3 qol
Fərid Kərimzadə ("Araz Naxçıvan") - 3 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti