"Bura dağ başıdır ki, fırıldaq edək?" - Bölgə klubunun üzləşdiyi QALMAQAL

4 Sentyabr 2022 21:00 I Divizion 1 066
"Bura dağ başıdır ki, fırıldaq edək?" - Bölgə klubunun üzləşdiyi QALMAQAL

Dünən AFFA İntizam Komitəsinin iclasında çıxan qərarlardan biri də 1-ci Divizionda çıxış edən "İmişli" komandasına 2-ci turda "Araz-Naxçıvan"la matçda texniki məğlubiyyət verilməsi oldu.

Belə ki, İmişli təmsilçisinin heyətində adı protokolda olmayan futbolçunun iştirak etməsi aşkarlanıb.

Qonaqlar 3:0 hesabı ilə qalib gəldiyi üçün hesab olduğu kimi saxlanılıb. Lakin klub 400 manat məbləğində cərimələnib.

Maraqlıdır, peşəkar liqada belə həvəskar addım necə atıla bilər? Adı iştirak ərizəsində olmayan oyunçunu bəs baş hakim niyə oyuna buraxıb?

Məsələyə aydınlıq gətimək üçün qayda pozuntusuna yol verən İmişli təmsilçisinin baş məşqçisi Ruhid Usubovla danışdıq.

Gənc mütəxəssis saytımıza açıqlamasında texniki məğlubiyyətin təfərruatlarını danışıb:

“Texniki məğlubiyyətə səbəb olan oyunçunun adı Rafət Aydınovdur. Bu futbolçunu mövsüm üçün sifariş vermişik. Birinci turun “Qəbələ-2” ilə oyununda da 90 dəqiqə meydanda olub.

Amma elə muzakirələr gedir ki, sanki biz ümumiyyətlə klubla əlaqəsi olmayan futbolçu oynatmışıq. Rafətin adı bu oyunun da protokolunda olub. Sadəcə futbolçunun adının önündə “quş” qoymaq yaddan çıxıb.

Bu da yeni işə başlayan və bu işə məsul olan şəxsin ani diqqətsizliyindən baş verib. Yoxsa bura dağ başıdır ki, biz kimi istədik meydana salaq və fırıldaq edək? Bəs baş hakim hara baxırdı? Niyə protokolda adı olmayan oyunçunu meydana buraxıb?

Hamı bizi yaxşı tanıyır. Təmiz vicdanımızla yaşayan adamlarıq.İmişli futbolu üçün hansı əziyyətlərə qatlaşdığımızı da çox adam yaxşı bilir. Belə söhbətlər sadəcə insana pis təsir edir”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti