Azərbaycanlı futbolçulardan maraqlı hərəkət - Biri "salto" vurdu, biri "qayçı" - VİDEO

31 Avqust 2022 09:40 I Divizion 735
Azərbaycanlı futbolçulardan maraqlı hərəkət - Biri "salto" vurdu, biri "qayçı" - VİDEO

I Divizionda II turun oyunlarına start verilib.

Açılış həftəsində Bakıda MOİK-ə uduzan (0:2 "Zaqatala" bu dəfə doğma meydanda "Mingəçevir"i qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Baxmayaraq ki, ilk qolu qonaqlar vurub.

Ruslan Voronsov 14-ci dəqiqədə hesabı açarkən, sevincini salto vurmaqla qeyd etmək istəyib. Bu zaman onun ikinci cəhddə yerə yıxılması diqqəti çəkib.

"Zaqatala"dan Cəlal Cəbrayılov 33-cü dəqiqədə status-kvonu bərpa edib, 84-cü dəqiqədə isə komandasına 3 xal qazandıran qola imza atıb.

Cəlalın «qayçı» vuruşu gözəl alınıb və yəqin ki, mövsümün ən yaxşıları arasında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti