AFFA Divizion klublarına ayrılan “qəpik-quruş”un üstünü “düzəldəcək”?

30 Avqust 2022 17:40 I Divizion 618
AFFA Divizion klublarına ayrılan “qəpik-quruş”un üstünü “düzəldəcək”?

Bu həftə AFFA-da I Divizionun cari mövsümü ilə bağlı toplantı keçiriləcək.

Sportinfo.az bu haqda federasiyanın özndən məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, iclas klubların müraciətinə əsasən təşkil olunacaq.

AFFA İcraiyyə Komitəsinin müvafiq qərarıyla 3 bölgə komandası çempionata buraxılıb. Bunlar “Araz-Naxçıvan”, “İmişli” və “Mingəçevir”dir.

Çox qəribədir kİ. həm yeni iştirakçılar, həm də AFFA tərəfindən maliyyələşdirilən digər klublar hələ də öz büdcələrini müəyyənləşdirə bilməyib.

Buna səbəb AFFA ilə baş sponsoru SOCAR arasında fikir ayrılığının yaranmasıdır. Belə ki, neft şirkəti aşağı liqa təmsilçilərinin hər birinə 200 min manat vəsait ayırıb.

Bu isə ötənilki yardım paketi ilə müqayisədə 100 min manat azdır.

Vəziyyəti belə görən bəzi klublar bu büdcə ilə I Divizionda normal mübarizə aparmağın mümkün olmadığını, qeyri-sağlam rəqabət mühütünün yaranacağını AFFA-ya bildiriblər.

Onlar yardım paketinin minimum 100-150 min manat artırılmasını istəyiblər. Federasiya funksionerləri klub nümayəndələri ilə şifahi söhbətində yaranmış problemin həllinə çalışacaqlarını vəd ediblər.

Digər Xəbərlər
Xəbər Lenti