“Nazir bizə köməklik göstərəcəyinə söz vermişdi, sağ olsun…”

30 Avqust 2022 16:40 I Divizion 749
“Nazir bizə köməklik göstərəcəyinə söz vermişdi, sağ olsun…”

“Gənclər və İdman naziri Fərid Qayıbova stadion əməkdaşlarının və Mingəçevir futbol ictimaiyyəti adından təşəkkür edirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun rəhbəri Akif Hüseynov deyib.

İdman naziri bir müddət öncə Mingəçevirdə olarkən stadion rəhbərliyi ilə söhbətdə arenanın oturacaq problemini şəxsən həll edəcəyinə dair söz vermişdi.

Üstündən bir neçə ay keçməsinə baxmayaraq, Fərid bəy çətinliyi aradan qaldıraraq yerli futbolsevərlərin üzünü güldürüm.

Akif bəy bununla bağlı məmnunluğunu gizlətməyib:

“Cənab nazır lazım olan köməkliyi göstərəcəyinə dair söz vermişdi. Sağ olsun, stadionun oturacaq problemi həllini tapmaqdadır. A

rtıq 1100 ədəd oturacaq gətirilib. Yaxın günlərdə daha 1400 oturacaq stadionda olacaq. Onların quraşdırılması ən qısa zamanda həyata keçiriləcək".

Uzun illərdir Region Liqasında iştirak edən şəhərin eyniadlı komandasının Birinci Divizionda iştirakına icazə verilməsi mingəçevirli azarkeşləri sevindirib.

Komanda çempionatın açılış turunda doğma meydanda “Neftçi-2”ni 4:1 hesabı ilə məğlub edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti