Nazirlə icra başçısı bölgə klubunu BU YOLLA SEVİNDİRDİ

29 Avqust 2022 21:20 I Divizion 1 284
Nazirlə icra başçısı bölgə klubunu BU YOLLA SEVİNDİRDİ

Birinci Divizionda iştirakına icazə verilən “Mingəçevir” ev oyunlarını doğma azarkeşləri önündə keçirəcək.

Əvvəlki illərdə Yaşar Məmmədzadə adına şəhər stadionunda qüsurlar nəzərə çarpırdısa, həmin nöqsanlar tədircən aradan qaldırılmaqdadır.

Yayda soyunub-geyinmə, konfrans və hakimlər üçün nəzərdə tutulmuş otaqlar təmir olunmuşdu.

Arenanın ot örtüyünü də indiki an üçün qənaətbəxş hesab etmək mümkündür.

Yeganə problem stadionun oturacaqları ilə bağlı idi. Gənclər və İdman naziri Fərid Qaıbov ilə şəhərin icra başçısı İlham İsmayılovun birgə səyi nəticəsində oturacaq problemi də həllini tapmaqdadır.

Bu niyyətlə dünən Bakıdan Mingəçevirə 1100 ədəd yeni oturacaq göndərilib. Qarşıdakı günlərdə daha 2-3 min oturacağın tribunalara bərkidiləcəyi gözlənilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti