"Araz Naxçıvan" yeni mövsümə darmadağınla başladı

24 Avqust 2022 22:40 I Divizion 1 156
"Araz Naxçıvan" yeni mövsümə darmadağınla başladı

Bu gün Azərbaycan birinci divizionuna start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.

Uzun fasilədən sonra böyük futbola qayıdan “Araz Naxçıvan” evdə “Qarabağ-2”ni məğlub edərək iddiasını ortaya qoyub. “Zirə”nin ikinci komandası “Kəpəz”dən üstün olub.

“Araz Naxçıvan” – “Qarabağ-2” 5:1
Qollar: Ege Atlam Adnan 23, Fərid Kərimzadə 40, Tuqay Əlizadə 45 +3, De Saboa İv Lüsyen 71, 85 -Mirmövsüm Caniyev 71

“Zirə-2” – “Kəpəz-2” 2:2
Qollar: Tahir Zeynalov 19, Xəqani Sadıqov 37 – Nemət Musayev 23, Nihat Fərəci 62

“Turan Tovuz-2” – “Şamaxı-2” 1:0
Qol: Akif Tağıyev 16

MOİK – “Zaqatala” 2:0
Qollar: Samir Alıyev 45+1, Tural Nəsirov 90 (p)

Sabah birinci turun digər matçları oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!