SOCAR Divizion komandalarına ayırdığı büdcəni azaltdı, AFFA pis vəziyyətə düşdü

24 Avqust 2022 13:00 I Divizion 971
SOCAR Divizion komandalarına ayırdığı büdcəni azaltdı, AFFA pis vəziyyətə düşdü

Bu gün I Divizionda yeni mövsümə start veriləcək.

Premyer Liqa təmsilçilərindən yalnız “Sabah”ın əvəzedici heyəti yarışda iştirak etməyəcək.

AFFA İcraiyyə Komitəsinin müvafiq qərarıyla 3 bölgə komandası çempionata buraxılıb. Bunlar “Araz-Naxçıvan”, “İmişli” və “Mingəçevir”dir.

Çox qəribədir kİ. həm yeni iştirakçılar, həm də AFFA tərəfindən maliyyələşdirilən digər klublar hələ də öz büdcələrini müəyyənləşdirə bilməyib.

Buna səbəb AFFA ilə baş sponsoru SOCAR arasında fikir ayrılığının yaranmasıdır. Belə ki, neft şirkəti aşağı liqa təmsilçilərinin hər birinə 200 min manat vəsait ayırıb.

Bu isə ötənilki yardım paketi ilə müqayisədə 100 min manat azdır.

Vəziyyəti belə görən bəzi klublar bu büdcə ilə I Divizionda normal mübarizə aparmağın mümkün olmadığını, qeyri-sağlam rəqabət mühütünün yaranacağını AFFA-ya bildiriblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti