Divizion komandaları PFL-dən nə gözləyirdi, gördükləri  nə oldu!

2 Sentyabr 2022 14:20 I Divizion 1 174
Divizion komandaları PFL-dən nə gözləyirdi, gördükləri  nə oldu!

AFFA və Peşəkar Futbol Liqası (PFL) I Divizion təmsilçilərini inventarla təmin etməkdə çətinliklə üzləşib.

Təşkilatçı qurumlar aşağı liqa komandalarına tələb olunan sayda top verməyib.

Hər bir iştirakçıya, gözlənildiyi kimi, 40 ədəd deyil cəmi 8 ədəd top paylanıb.

Təbii ki. bu da azlıq edir, gündəlik məşq proseslərinin keçirilməsində problem yaranıb.

PFL söz verib ki, çatışmazlıq bir müddət sonra aradan qaldırılacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti