"Araz-Naxçıvan" Türkiyənin həvəskar klubunu məğlub etdi

17 Avqust 2022 03:10 I Divizion 1 050
"Araz-Naxçıvan" Türkiyənin həvəskar klubunu məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi yerli "Erbaaspor"la üz-üzə gəlib.

Qarşılaşma Azər Bağırovun yetirmələrinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

"Araz-Naxçıvan"ın heyətində 66 və 81-ci dəqiqələrdə Söhrab Qoli Fəxrabadi fərqlənib.

Naxçıvan komandası Türkiyə toplanışı çərçivəsində bundan əvvəl 4 oyun keçirib. "Araz-Naxçıvan" qardaş ölkədə "Karakoçan" (0:2), "Hopaspor" (2:0), "24 Erzincanspor" (3:3) və "Amasyaspor"la (1:1) qarşılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?