Divizion klubu öncə baş məşqçisini dəyişdi, indi də yaş və maaş həddini endirdi

16 Avqust 2022 09:40 I Divizion 1 019
Divizion klubu öncə baş məşqçisini dəyişdi, indi də yaş və maaş həddini endirdi

I Divizionda növbəti mövsümə baş məşqçi dəyişikliyi ilə hazırlıq görən MOİK yeni yaş və maaş həddini müəyyənləşdirib.

Asim İbrahimovu komandanın sükanı arxasında Şəhriyar Məmmədovla əvəzləyən ordu klubu yaşı 25-dən yuxarı bütün futbolçularından imtina edib.

Rəhbərliyə gələn şəxslərin verdiyi qərara əsasən, kollektiv əsasən 18-22 yaşlı oyunçulardan formalaşdırılmalıdır.

«Hərbiçilər»in maaş büdcəsi də aşağı salınıb - maksimum 500 manat, o da hamıya yox.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti